Norveçli futbolçu Azərbaycanla oyunu yada saldı
02.09.2015 - 11:32
Norveçli futbolçu Azərbaycanla oyunu yada saldı

“90 dəqiqə ərzində balanslaşdırılmış oyun sərgiləməliyik. İnanıram ki, yenə müdafiədə keçilməz olacağıq. Bundan əlavə, hücumda da özümüzü göstərməliyik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının üzvü Aleksandr Soderlund deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızla eyni qrupda mübarizə aparan Norveç sentyabrın 3-də səfərdə Bolqarıstanla qarşılaşacaq. Skandinaviyalılar 3 gün sonra isə öz meydanlarında Xorvatiya millisini qəbul edəcəklər.

 

Soderlund Bolqarıstanla keçiriləcək oyun barədə danışarkən Azərbaycanla matçı da yada salıb: “Bolqarıstanla ev oyununda müdafiədə etibarlı çıxış etmişdik. Eyni sözləri Azərbaycan və Malta ilə görüşlərə də aid etmək olar. Rəqiblərin təhlükəli hücum qurmasına imkan verməmişdik. Kompakt şəkildə müdafiə olunmalı, eyni qaydada da hücuma keçməliyik”.

 

Soderlund Bolqarıstanın daha çox əks-hücumlarda təhkükəli olduğunu qeyd edib: “Rəqibimiz müdafiə futboluna üstünlük verir və əks-hücumlarda təhlükəlidi. Cinahdan hücum qurmağı bacarırlar. Bolqarıstanlı futbolçuların çoxu öz çempionatlarında çıxış edir”.

 

Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsində 6 oyundan sonra 10 xal toplayan Norveç yığması turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.  

0