[b]Dünya futbolunda görünməmiş müdaxilə[/b]
01.12.2015 - 15:27
[b]Dünya futbolunda görünməmiş müdaxilə[/b]

Dünya futbolunda görünməmiş hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 63-cü dəqiqədə dayandırılan oyunun qalibi penaltilər seriyasında müəyyənləşib.

 

Bu qeyri-adi hadisə Mavritaniya Superkubokunun “Tavraq Zeyn” – “Kasr” qarşılaşması zamanı yaşanıb. Mükafatın sahibinin erkən seriyada müəyyənləşdirilməsinə isə ölkə prezidenti Məhəmməd Uld Əbdüləziz qərar verib.

 

Oyunu izləyən Mavritaniya prezidenti hesab 1:1 olarkən görüşə müdaxilə edib və matçı dayandırmaq əmri verib. Onun penaltilər seriyası ilə bağlı qərarının rəsmi səbəbi açıqlanmır. Böyük ehtimalla, prezident daha vacib işi çıxdığından oyunun bitməsini istəyib.

 

Lakin Mavritaniya Futbol Federasiyasının rəhbərliyi bunu təkzib edib. Onların iddia edir ki, qərarı ölkə prezidenti deyil, federasiya verib. Həm də bu addım klub məşqçiləri və prezidentləri ilə məsləhətləşmələrdən sonra atılıb.

 

Qeyd edək ki, penaltilər seriyasında “Tavraq Zeyn” komandası qalib gəlib.


 

0