Türkiyə millisi İsveçlə oynayacaq
12.02.2016 - 22:01
Türkiyə millisi İsveçlə oynayacaq

AVRO-2016-nın final mərhələsində mübarizə aparacaq Türkiyə millisi yoxlama oyunu keçirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə,  Fatih Terimin yetirmələri qitə birinciliyinin digər iştirakçısı İsveçlə qarşılşacaq.

 

Martın 24-ündə Antalyada keçiriləcək qarşılaşmanın başlama saatı hələ ki müəyyənləşməyib. Bu görüş həm də keçən ay təmiri bitərək istifadəyə verilən “Antalya Stadium”dakı ilk qarşılaşma olacaq.

0