Azərbaycanlı atlet Ukraynada ikinci oldu
19.02.2016 - 11:17
Kiyevdə atletika üzrə Ukraynanın açıq kuboku keçirilib. Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan Rahib Məmmədovla təmsil olunub.
Yığmamızın üzvünün kubokdakı iştirakı uğurlu alınıb. O, 60 m məsafəyə sədlərlə qaçışda finiş xəttinə ikinci çatıb. Həmyerlimiz bu məsafəni 8,15 saniyəyə qət edib.
0
0