[b]UEFA Əliyar Ağayevi ehtiyata göndərdi[/b]
28.04.2016 - 14:28
[b]UEFA Əliyar Ağayevi ehtiyata göndərdi[/b]

Mayın 5-dən 21-dək Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin qarşılaşmalarını idarə edəcək hakimlərin siyahısı açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, yarışda 8 baş və 12 yan xətt hakimi ilə yanaşı, 4 ehtiyat hakimi iştirak edəcək.

 

Azərbaycanlı ədalət təmsilçilərinə o qədər də güvənməyən UEFA təmsilçilərimizi yalnız dördüncü hakimliyə layiq bilib. İki həmyerlimiz – Əliyar Ağayevlə Orxan Məmmədov bu siyahıda yer alıb. Üç FİFA referimizdən yalnız Rəhim Həsənov kənarda qalıb.

 

Baş hakimlər: Fran Yoviç (Xorvatiya), Petr Ardeleanu (Çexiya), Ville Nevalaynen (Finlandiya), Qunnar Yarl Yonsson  (İslandiya), Sveyn Erik Edvartsen (Norveç), Bartoş Frankovski (Polşa), Peter Kraloviç (Slovakiya), Mitya Jqaneç (Sloveniya)

 

Yan xətt hakimləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Balaj Buzas (Macarıstan), Emmett Dinan (İrlandiya), Vasili Ermişin (Moldova), Edvard Spiteri (Malta), Alen Heyniger (İsveçrə), Ceyhun Sesigüzel (Türkiyə)

 

Dördüncü hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov (hər ikisi Azərbaycan), Sergeyus Sliva (Litva), Alen Duro (Lüksemburq).

0