[b]Hakimlər Komitəsindən yenilik[/b]
28.04.2016 - 17:46
[b]Hakimlər Komitəsindən yenilik[/b]

Hakimlər Komitəsi yeniliyə imza atacaq. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirən qurum bu dəfə tədbirə KİV nümayəndələrini də dəvət etməyi lazım bilib. Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq.

 

Hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.


Azərbaycan Kubokunun  ½ final mərhələsinin və Topaz Premyer Liqasının XXXI turunun görüşlərində verilən qərarlar  sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq.

 

Müzakirələrdən sonra  Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

 

0