[b]“Xəzər Lənkəran” zirvəni "Kəpəz"ə verdi[/b]
24.05.2016 - 11:40
[b]“Xəzər Lənkəran” zirvəni "Kəpəz"ə verdi[/b]

Topaz Premyer Liqasının 2015/16 mövsümünün oyunlarını 464 min 229 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, baş tutan 180 matçda orta tamaşaçı sayı 2579-a bərabər olub.

 

Premyer Liqada çıxış edən 10 klubdan yalnız ikisinin göstəricisi ümumi rəqəmdən yüksək olub.

 

Yarandığı gündən tamaşaçı sayında mövsümün ən yaxşısı olan “Xəzər Lənkəran”ın 11 illik hegemonluğu başa çatıb. Ardıcıl 11 mövsümdə bu göstəricidə çempion olan cənublular zirvəni “Kəpəz”ə təhvil verib.

 

Bu da Lənkəran klubunun uğursuz çıxışı ilə başlıdı. Amma komanda sonuncu yeri tutsa da, hər ev matçına orta hesabla 3694 tamaşaçı toplayan “ağ-yaşıllar” 2-ci olub. “Qarabağ”, “Neftçi” və “Qəbələ” də autsayderə olan azarkeş sevgisinə həsəd apara bilər. Bu üç komanda da ilk “beşlik”də yer alıb.

 

Tamaşaçı sayında yeni lider olan qərblilərə gəlincə, “Kəpəz” Topaz Premyer Liqasındakı tamaşaçı sayının 51,8 faizini toplayıb. Bu isə o deməkdi ki, Gəncədəki 18 matça toplaşan azarkeş sayı digər 162 oyunun cəmindən çoxdu. “Kəpəz”in orta tamaşaçı sayı 13369-a bərabərdi. Bu da mütləq rekorddu. 2010/11 mövsümündə qeydə alınan “Xəzər Lənkəran”a məxsus rekord 10188 idi.

 

“Kəpəz”lə “Xəzər Lənkəran”dan başqa bütün komandaların orta tamaşaçı sayı mövsümün göstəricisindən aşağıdı.

 

Siyahının son 4 pilləsində isə paytaxt klubları qərarlaşıb. Onların 3-də - “İnter”, “Rəvan” və AZAL-da orta göstərici 1000-dən də aşağıdı.

 

Qeyd edək ki, mövsümün oyunlar üzrə rekordu da, antirekordu da “Kəpəz”in iştirakı ilə keçirilən matça təsadüf edib. XXXI turun “Qarabağ”la Gəncədəki görüşündə 20400, XXIV turun “Rəvan”la qarşılaşmasında 80 tamaşaçı olub. Bu iki rəqəm arasında 255 qat fərq var.

 

yer

klub

tamaşaçı

orta

1

Kəpəz

240650

13369

2

Xəzər Lənkəran

66500

3694

3

Qarabağ

30983

1721

4

Neftçi

29600

1644

5

Qəbələ

25350

1408

6

Sumqayıt

23860

1326

7

Zirə

20000

1111

8

İnter

12070

671

9

Rəvan

8410

467

10

AZAL

6806

378

 

 Cəmi

464229

2579

 

0