[b]AÇ-2016: Portuqaliya yarımfinalda![/b] - YENİLƏNİB
01.07.2016 - 01:43
[b]AÇ-2016: Portuqaliya yarımfinalda![/b] - YENİLƏNİB

AÇ-2016-da 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçirilən matçdan sonra müəyyənləşib.

 

Çempionatın maraqlı komandalarından olan Polşa birinciliklə vidalaşmalı olub. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac yaranıb.

 

1/8 finalda eyni üsulla İsveçrəyə qalib gələn Polşa bu dəfə üzülən tərəf olub. Blaşikovskinin zərbəsində qola icazə verməyən Rui Patrisio komandasını yarımfinala daşıyıb.

 

Maraqlıdı ki, Portuqaliya millisi turnir müddətində heç bir matçın əsas vaxtında qalib gələ bilməyib.

 

 

Avropa çempionatı - 2016
1/4 final mərhələsi
30 iyun

 

Polşa - Portuqaliya - 1:1 (əlavə vaxt)

Qollar: Levandovski, 2 - Renato Sançez, 33

Penaltilər: 3:5
 

Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Milorad Maziç (Serbiya)

Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. “Velodrom” stadionu

 

Polşa: 22. Lukas Fabianski, 2. Mixal Pazdan, 3. Artur Yedrzeyçik, 5. Kristof Maçzinski, 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qrzeqorz Kriçovyak, 11. Kamil Qrosiçki, 15. Kamil Qlik, 16. Yakub Blaşikovski, 20. Lukas Pişek

Ehtiyat oyunçular: 1. Voyçex Şesnı, 6. Tomas Yodlovyeç, 8. Karol Linetti, 12. Artur Boruç, 13. Marius Stepinski, 14. Yakub Vavrzinyak, 17. Slavomir Peşko, 18. Bartos Salamon, 19. Pyotr Zelinski, 23. Filip Starzinski

 

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 7. Kristiano Ronaldo, 10. Joa Mario 14. Villiam Karvalyo, 16. Renato Sançes, 17. Nani, 19. Eliseu, 21. Sedrik, 23. Adrien Silva

Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 5. Rafael Gerrero, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 15. Andre Qomes, 18. Rafa Silva, 20. Rikardo Quaresma,13. Danilo

 

0