[b]Yığmamızın ikinci təlim-məşq toplanışına başladı - FOTO[/b]
14.07.2016 - 12:06
[b]Yığmamızın ikinci təlim-məşq toplanışına başladı - FOTO[/b]

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığması intensiv məşqləri davam etdirir. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə,  Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası 15 günlük hazırlıqda iştirak etmək üçün Qəbələyə yollanıb.

 

Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir. 

 

Bakro Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə hazırlıq barədə məlumat verib: "Hazırlıq planına əsasən ikinci təlim-məşq toplanışı 15 gün davam edəcək. Yığma üzvləri ilə həm debüt, həm də çətin kombinasiyaların həlli üzrə çalışacağıq. Ümumilikdə, millidə əhval-ruhiyyə yüksək səviyyədədi. Hazırlıq üçün yaxşı şərait yaradılıb. Qəbələdə şahmatçılar həm də idmanla məşğul olurlar. Avqustda yığmanın növbəti təlim-məşq toplanışı keçiriləcək".

Qeyd edək ki, avqustda Azərbaycan millisinin yoldaşlıq görüşündə iştirak etməsi üçün danışıqlar aparılır. 

 

0