[b]UEFA-dan Əliyar Ağayevə yeni təyinat[/b]
22.07.2016 - 11:07
[b]UEFA-dan Əliyar Ağayevə yeni təyinat[/b]

UEFA azərbaycanlı hakim Əliyar Ağayevə yeni təyinat verib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın “Kuban” stadionunda keçiriləcək “Krasnodar” – “Birkirkara” (Malta) oyununda həmyerlimiz fit çalacaq.

 

Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirəcək.

 

Qeyd edək ki, “Krasnodar” – “Birkirkara” görüşü avqustun 4-də keçiriləcək. 

0