[b]“Qəbələ” macarları keçibsə, deməli, bizə də asan olmayacaq” [/b]
23.07.2016 - 14:52
[b]“Qəbələ” macarları keçibsə, deməli, bizə də asan olmayacaq” [/b]

“Gələn həftə bizi öz meydanımızda “Qəbələ” ilə oyun gözləyir. Baş məşqçi ilə bu komanda barəsində qısa danışığımız olub. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matçın hazırlığına yönəltmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lill”in təcrübəli futbolçusu Frank Beria deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində gələn həftə “Qəbələ” ilə ilk oyuna çıxacaq fransalılar görüşə ciddi yanaşırlar. Bunu “Lill”in futbolçularının açıqlamalarından anlamaq mümkündü.

 

Klubun rəsmi saytına danışan Beria ehtiyatlı açıqlaması ilə diqqət çəkib. 33 yaşlı sağ cinah müdafiəçisi “Qəbələ” güclü komanda kimi özünü sübuta yetirdiyini qeyd edib: “Yalnız onu bilirəm ki, rəqibi qiymətləndirməmək olmaz. Nəzərə alın ki, Macarıstanın MTK komandası bir çox keyfiyyətlərə sahib komandadı. Bununla belə, “Qəbələ” onları keçdi. Deməli, rəqibimiz özünü sübut edə bilib, onlara qarşı oynamaq bizim üçün heç də asan olmayacaq. Bu görüş bizim üçün çox vacibdi”.

 

Berianın sözlərinə görə, “Lill” hazırda yaxşı formadadı: “Qəbələ” ilə oyunöncəsi sonuncu yoxlama görüşünü “Beveren”ə qarşı keçirdik. Çalışdıq ki, maksimum intensivlik göstərək. Bütün komanda yoldaşlarım əllərindən gələni etdilər. Bizdə hamı komanda oyunu göstərir. Bəzi məqamları da yaxşılaşdırmalıyıq. Bunu etdikdən sonra heyətdəki oyunçular bir-birlərini rahatlıqla əvəzləyə biləcəklər. Aqressivliyi bir qədər də artırmaq lazımdı”.

 

Qeyd edək ki, Beria 2007-ci ildən “Lill”də çıxış edir

 

0