[b]Rusiya atletlərinə növbəti zərbə - “qızıllar”ı əlindən alındı[/b]
17.08.2016 - 15:06
[b]Rusiya atletlərinə növbəti zərbə - “qızıllar”ı əlindən alındı[/b]

Rio-2016 ərəfəsində ciddi problemlə üzləşən atletika üzrə Rusiya yığması daha bir zərbə alıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi şimal qonşularımızı 8 il öncə qazandığı qızıl medaldan məhrum edib.

 

4X100 m məsafəyə qaçışda Pekin-2008-in qalibi adını qazanan komandanın üzvlərindən Yuliya Çermoşanskayanın orqanizmində 2 qadağan olunmuş preparat tapılıb. Bu üzdən onunla birgə estafetdə çıxış edən Yevgeniya Polyakova, Aleksandra Fedoriva və Yuliya Quşina da medalından məhrum olub.

 

Nəticədə Belçika birinci, Nigeriya ikinci, Braziliya üçüncü yerə yüksəlib. 

0