[b]Millimizin rəqibi heyətini açıqladı: 19 legionerlə...[/b]
23.08.2016 - 12:21
[b]Millimizin rəqibi heyətini açıqladı: 19 legionerlə...[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Norveç yığması heyətini açıqlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Per-Matias Höqmo qarşıdakı oyunlar üçün 24 oyunçuya dəvət göndərib.

 

Belarusla yoldaşlıq görüşündən sonra sentyabrın 4-də Almaniya ilə seçmə mərhələ matçına çıxacaq norveçlilərin heyətinin əsasını ölkə xaricində çıxış edən futbolçular təşkil edir. Belə ki, siyahıda yer alan 24 nəfərdən cəmi 5-i daxili çempionatda çıxış edir.

 

Ancaq “Real”ın gənc yarımmüdafiəçisi Martin Odeqard U-21 millisinin seçmə mərhələ oyunlarına görə, əsas komandadan kənarda qalıb.

 

Qapıçılar: Sten Qritenbast (“Odense”, Danimarka), Rune Yarstein (“Herta”, Almaniya), Oryan Niland (“İnqolştadt”, Almaniya)

Müdafiəçilər: Veqard Forren (“Mölde”), Yorgen Skyelvik, Yonas Svensson (hər ikisi “Rusenborq”), Haytam Aleesami (“Palermo”, İtaliya), Even Hovland (“Nürnberq”, Almaniya), Martin Linnes (“Qalatasaray”, Türkiyə), Havard Nordtveit (“Vest Hem”, İngiltərə), Stefan Strandberq (“Krasnodar”, Rusiya),

Yarımmüdafiəçi: Valon Berişa (“Red Bull Zalsburq”, Avstriya), Markus Henriksen (“Alkmar”, Hollandiya), Stefan Yohansen (“Seltik”, Şotlandiya), Martin Samuelsen (“Vest Hem”, İngiltərə), Ole Kristian Selnes (“Sent-Etyenn”, Fransa), Per Kilyan Skyelbred (“Herta”, Almaniya), Aleksander Tette (“Norviç”, İngiltərə)

Hücumçular: Co İnqe Berget (“Malmö”), Veton Berişa (“Qreyter Fürt”, Almaniya), Adama Diomande (“Hall Siti”, İngiltərə), Pal Andre Helland (“Rusenborq”), Joşua Kinq (“Bornmut”, İngiltərə), Aleksander Soderlund (“Sent-Etyenn”, Fransa).

 

Qeyd edək ki, Norveç yığması DÇ-2018-in seçmə qrup mərhələsində ikinci oyununu oktyabrın 8-də səfərdə Azərbaycan millisinə qarşı keçirəcək.

0