Maradona saxta sənədlə saxlanıldı
29.08.2016 - 18:38
Maradona saxta sənədlə saxlanıldı

Əfsanəvi Dieqo Maradona növbəti qalmaqalla üzləşib. Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi saxta sənədlərlə yaxalanıb.

 

56 yaşlı cənubi amerikalı Buenos-Ayres hava limanında saxlanılıb. O, BƏƏ-nin Dubay şəhərinə uçmaq istəyərkən pasportu və aviabiletinin saxta olması üzə çıxıb. Maradonanın özü bunun birbaşa siyasətlə bağlılığını vurğulayıb.

 

Qeyd edək ki, DÇ-1986-nın qalibi dəfələrlə narkotik maddələrlə bağlı qalmaqalların iştirakçısı olub.

0