[b]Türkiyə İslam Oyunlarına U-23 yığması ilə gəlir[/b]
09.01.2017 - 10:19
[b]Türkiyə İslam Oyunlarına U-23 yığması ilə gəlir[/b]

Türkiyə Voleybol Federasiyası (TVF) Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, TVF  kişi komandalarının yarışına əsas yığmanı buraxmayacaq.

 

Belə ki, 2017-ci illə bağlı planını açıqlayan TVF A millisinin proqramının sıxlığı və digər yarışlarla bu oyunların tarixlərinin üst-üstə düşməsi səbəbindən onları Bakıya göndərməyəcək. Əvəzində federasiya İslamiadaya U-23 yığması ilə qatılmağı planlaşdırır.

 

TVF qadın komandası ilə bağlı yekun qərarı isə bugünlərdə açıqlayacaq.

 

Qeyd edək ki, İslamiada mayın 12-21-də keçiriləcək. 

0