[b]Topaz Premyer Liqası UEFA-nın hesabatında rekord vurdu[/b]
12.01.2017 - 16:46
[b]Topaz Premyer Liqası UEFA-nın hesabatında rekord vurdu[/b]

Topaz Premyer Liqası (TPL) UEFA-nın açıqladığı hesabatda rekord vurub. Apasport.az saytının məlumatına görə, payız-yaz sistemli çempionatlarda 2015/16 mövsümü, yaz-payız sistemlilərdə isə 2016-cı il üçün tamaşaçı sayları ilə bağlı statistikalarda Azərbaycan çempionatı da fərqlənənlər sırasındadı.

 

TPL 1 il əvvəlki ilə müqayisədə tamaşaçı artımının faizində Avropada “1 nömrə”di. 2014/15 mövsümündə cəmi 234 min 200 tamaşaçının izlədiyi çempionatımızda 2015/16 mövsümündəki rəqəm 465 min 700-ə yüksəlib. Bu isə 99 faizlik artımdı. Avropanın heç bir çempionatında belə artım yoxdu.

 

Əslində, bu artım oyun sayının artması ilə də bağlıdı. Çünki matç sayı da 144-dən 180-ə qədər artıb. Amma əsas götürülən ümumi tamaşaçı sayı olduğundan Premyer Liqamız 1-cı sırada yer alıb.

 

Artımın faizlə deyil, sayla ifadəsində isə İsveç hamını qabaqlayıb. Bu ölkənin çempionatında azarkeş sayı 1,7 milyondan 2,4 milyona yüksəlib. Yəni 700 minlik artım qeydə alınıb.

 

Sırf 2015/16 mövsümündəki azarkeş sayında isə İngiltərə Premyer Liqası 1-ci olub. Bu çempionatı 13,9 milyon tamaşaçı stadiondan seyr edib. Oyun hesabına orta hesabla tamaşaçı sayı isə Almaniya Bundesliqadında daha yüksəkdi – 43,3 min.

 

“Barselona” mövsüm ərzində rekord sayda 1,5 milyon azarkeşi ev oyunlarına yığmaqla hamını qabaqlayıb. Öz meydanındakı matç sayı az olan Dortmund “Borussiya”sı orta göstəricidə neçə illərdi davam edən hegemonluğuna sadiq qalıb. Bu klubun hər matçına orta hesabla 81,2 min tamaşaçı stadiondan baxıb.

 

0