[b]“Azərbaycan klubları bu uğura nail ola bilməyiblər” – Saşa Stamenkoviç[/b]
22.01.2017 - 14:57
[b]“Azərbaycan klubları bu uğura nail ola bilməyiblər” – Saşa Stamenkoviç[/b]

“Qazaxıstanın “Astana” klubu Çempionlar Liqasının qrupunda oynayıb. Amma Azərbaycan klubları hələ ki, bu uğura nail ola bilməyiblər. Bununla belə, Avroliqada Azərbaycan klublarının təcrübəsi çoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin keçmiş futbolçusu Saşa Stamenkoviç deyib.

 

“Okjetpes”də forma geyinən serb qolkiper Qazaxıstan mətbuatına açıqlama verib.

 

O, iki ölkə futbolunu müqayisə edib: “Biz 2012-ci ildə “Neftçi”ylə ilk dəfə Avropa Liqasının qrupuna düşdük. Sonra daha iki Azərbaycan klubu bu uğuru təkrarladı. Soruşsaz ki, mənə harda daha yaxşıdı, “Qazaxıstanda” cavabını verərdim. Burda insanlarla münasibətim əladı”.

 

Stamenkoviç “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətindən sonra “ağ-qaralar”ın rəhbərliyi haqda tənqidi fikirlər səsləndirməsinə də toxunub: “Həmin məğlubiyyət məni də, azarkeşləri də məyus etmişdi. Ona görə də, verdiyim açıqlama ilə vəziyyəti dəyişmək istədim. Məncə, o vaxtdan sonra bəzi şeylər dəyişməyə başladı və “Neftçi” yaxşı çıxış etdi”.

0