Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına əsasən, rəmzi “11-lik” tərtib olunub. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 10 klubun futbolçusu yer alıb.
Yalnız “Lion” simvolik komandada 2 oyunçu ilə təmsil edilib. Fransa klubu ilə yanaşı, “Ayaks”, “Rostov”, “Osmanlıspor”, “Şalke”, “Fiorentina”, “Gent”, “Anderlext”, “Roma”, və “Mançester Yunayted”in də üzvü rəmzi “11-lik”də qərarlaşıb.
Rəmzi “11-lik”
Qapıçı: Andre Onana (“Ayaks”)
Müdafiəçilər: Timofey Kalaçyov (“Rostov”), Numan Çürüksu (“Osmanlıspor”), Benedikt Hövedes (“Şalke”)
Yarımmüdafiəçilər: Lukas Tusar (“Lion”), Federiko Bernardeski (“Fiorentina”), Daniel Miliçeviç (“Gent”), Frank Açimponq (“Anderlext”)
Hücumçular: Edin Dzeko (“Roma”), Zlatan İbrahimoviç (“Mançester Yunayted”), Aleksandre Lyakazett (“Lion”)