[b]Ronaldonun “WhatsApp” yazışması: Evimə gəlmək istəyərsən?[/b]
31.03.2017 - 13:10
[b]Ronaldonun “WhatsApp” yazışması: Evimə gəlmək istəyərsən?[/b]

Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo yaşıl meydanlardan kənardakı davranışları ilə də tez-tez gündəmi zəbt edir. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı ulduz yenə ənənəsinə sadiq qalıb.

 

Ronaldo bu dəfə braziliyalı model Erika Kanellaya maraq göstərib. Belə ki, tərəflərin “WhatsApp”dakı yazışması üzə çıxıb.

 

Kriştianu Erikaya “Evimə gəlmək istərsənmi? Yaxın yerdə qalırıq. Səni görmək istəyirəm” mesajını göndərərək, onu romantik görüşə dəvət edib. Braziliyalı modelin bu təklifə öncə soyuq yanaşması Ronaldonu özündən çıxarıb. Belə ki, həmin məqamda model səfərə hazırlaşırmış. Lakin təyyarəyə gecikdiyi üçün Kanellanın səfəri baş tutmayıb.

 

Bundan sonra isə model Ronaldonun görüş təklifini qəbul edib və onun evinə yollanıb. Kanellanın sözlərinə görə, təklifinə əvvəlcə biganə yanaşılan ulduz futbolçu daha braziliyalıya yaxşı münasibət göstərməyib: “Təyyarəyə çatmadıqdan sonra Ronaldo ilə görüşdüm. Amma mənlə kobud davrandı. Mən isə ona yarım saatlıq qadın olmadığımı söylədim. Ronaldo ilə sevgili olmaq istərdim, amma mənə əşya kimi baxdı”.

 

Qeyd edək ki, Kriştianu Ronaldo hazırda model Corcina Rodrigeslə sevgilidi.  

0