[b]“Napoli”də yeni müqavilə [/b]
22.04.2017 - 14:35
[b]“Napoli”də yeni müqavilə [/b]

“Napoli” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Lorentso İnsinye ilə yeni müqavilə bağlayıb. Apasport.az saytı xəbər verir ki, məlumat Neapol klubunun tərəfindən rəsmən təsdiqlənib.

 

Razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilə qədər hazırkı komandasında çıxış edəcək. Sözləşmənin maliyyə detalları açıqlanmayıb.

 

Qeyd edək ki, “Napoli”nin yetirməsi olan İnsinye 2009-cu ildən əsas komandanın üzvüdü. O, 2012-ci ildən dəvət aldığı İtaliya yığmasında 14 oyunda 2 qola imza atıb. 

0