[b]İslamiada: Məhəmmədrəsul Məcidovun qələbə şərhi[/b]
12.05.2017 - 15:23
[b]İslamiada: Məhəmmədrəsul Məcidovun qələbə şərhi[/b]

“Hədəfim Azərbaycana qızıl medal qazandırmaqdı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov deyib.

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında +91 kq çəki dərəcəsində çıxış edən dünya çempionumuz qazaxıstanlı Nurlan Saparbayev üzərində qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

 

Məcidov zədəsinin olmasına baxmayaraq, yarışa yaxşı hazırlaşdığını deyib: “Mən yarışlara yaxşı hazırlaşmışdım, lakin zədəm var idi. Əminəm ki, növbəti döyüşdə də qalib gələcəm. Məqsədim bütün döyüşləri qələbə ilə başa vurmaqdı. Fəxr edirəm ki, Azərbaycanı təmsil edirəm”.

0