Berti Foqts: “Azərbaycan yığmasının gücü qısa ötürmələrdədir”
17.04.2008 - 14:55
Berti Foqts: “Azərbaycan yığmasının gücü qısa ötürmələrdədir”
Azərbaycan yığmasının qarşıdakı tsikldə şansına toxunan B.Foqts dünya çempionatının final mərhələsinə çıxmaq haqda danışmayıb: “Seçmə mərhələ haqda danışıb azarkeşlərin xəyallarını dağıtmaq lazım deyil. İlk məğlubiyyət alanadək həmişə ümid edirsən. Amma bilməliyik ki, Azərbaycan dünya çempionatını qazana bilməz”. Daha çox almaniyalı mütəxəssisləri Azərbaycana gətirmək istədiyini bildirən B.Foqts ölkəmizdə görmək istədiklərini də açıqlayıb: “Yalnız 16,17 yaşlarından başlamaq olmaz. On yaşlılar da klublarda hazırlıq keçməlidir”.
0