[b]PSJ-nin futbolçusu “Yuventus”a keçir[/b]
15.08.2017 - 16:40
[b]PSJ-nin futbolçusu “Yuventus”a keçir[/b]

PSJ-nin yarımmüdafiəçisi Blez Matuidi karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytı “Corriere dello Sport”a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi “Yuventus”a keçmək üzrədi.

 

Belə ki, tərəflər arasındakı danışıqların uğurla nəticələndiyi bildirilir. Bu keçid PSJ-yə 15 milyon avro qazandıracaq.

 

Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Matuidinin Paris klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına kimi idi.

0