[b]Dünyanın ilk “dəyişdiriləbilən stadion”u bu olacaq - VİDEO[/b]
07.09.2017 - 20:16
[b]Dünyanın ilk “dəyişdiriləbilən stadion”u bu olacaq - VİDEO[/b]

İngiltərənin “Tottenhem” klubu yeni stadionunun videogörüntülərini təqdim edib. Apasport.az saytının məlumatına görə, idman arenası ən müasir texnologiya ilə inşa olunub.

 

Belə ki, stadion həm futbol həm də amerikan futbolunu qəbul edə biləcək. Bunun üçün isə arenanın qazonu xüsusi müxanizmlə dəyişdirilir.

 

Qeyd edək ki, hazırda tikintisi davam edən stadion 61 min azarkeş tutumuna malik olacaq. Onun 2018/19 mövsümünün startına qədər tam təhvil verilməsi planlaşdırılır.

0