[b]"Neftçi"nin 6 futbolçusu yığmada[/b]
16.02.2018 - 20:31
[b]"Neftçi"nin 6 futbolçusu yığmada[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək. Apasport.az-ın "Neftçi"nin rəsmi saytına istinadən məlumatına görə, bu klubun 6 oyunçusu yığmaya dəvət alıb.

 

Bunlar Elnur Hüseynov, Abdulla Rzayev, Ramin Nəsirov, Ziya Məmmədov, Emin Məmmədov və Malik Nadirovdu.

 

Qeyd edək ki, toplanış fevralın 17-dən 20-dək Bakıda təşkil olunacaq.

0