“Qalatasaray” Türkiyənin ən möhtəşəm klubudur
02.10.2008 - 14:15
“Qalatasaray” Türkiyənin ən möhtəşəm klubudur
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin ən möhtəşəm futbol klubu “Qalatasaray”dır. “APA-Sport”un İnternet saytında keçirilən növbəti sorğunun nəticəsi belə olub.

İki həftə ərzində saytımızı 194 nəfər ziyarət edərək, “Türkiyənin ən möhtəşəm futbol klubu hansıdır” sualını cavablayıblar. Respondentlərin 51,55 faizi (100 nəfər) “Qalatasaray” variantına üstünlük verib. “Cim Bom”un əzəli rəqibi “Fənərbaxça”nı 52 nəfər dəstəkləyib.

Sorğuda İstanbul “nəhəng”lərindən ən az səs toplayan “Beşiktaş” olub. “Qara qartallar”ı müsabiqəyə qatılanların 17,01 faizi (33 nəfər) möhtəşəm klub sayır. Doqquz nəfər isə sorğunun sualına cavab verməyə çətinlik çəkib.
0