Premyer Liqanın ən yaxşı hakimi kimdir?
07.10.2008 - 15:46
Premyer Liqanın ən yaxşı hakimi kimdir?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İmanxan Sultani Azərbaycan Premyer Liqasının ilk VII turunun ən yaxşı hakimidir. “APA-Sport”un məlumatına görə, sabiq FİFA hakimi VII turdan sonra yaranan fasiləyədək idarə etdiyi oyunlarda hamıdan yüksək qiymət alıb. Ümumilikdə, Premyer Liqanın baş tutan 48 qarşılaşmasında 14 hakim söz sahibi olub. Sultaninin liderliyi ilə yanaşı, FİFA hakimlərinin də mövqeyi maraq doğurur. Babək Quliyevlə Fariz Yusifov ilk “dördlük”də qərarlaşıbsa, Vüsal Əliyev 14 hakim arasında 13-cü yerdədir. Oyun sayına gəlincə, beynəlxalq dərəcəli hakimlərdən ikisi - Quliyevlə Əliyev, həmçinin Anar Niyazov daha çox matç idarə edib.

hakim

oyun

orta qiymət

1

İmanxan Sultani

4

8,10

2

Anar Salmanov

3

8,07

3

Babək Quliyev

5

8,06

4

Fariz Yusifov

4

8,05

5

Anar Niyazov

5

8,04

6

Rövşən Əhmədov

4

8,00

6

Zöhrab Qədiyev

4

8,00

8

Ceyhun Haşımov

1

8,00

9

Əfqan Həmzəyev

4

7,98

10

Elçin Məmmədov

3

7,93

11

Azad Mütəllimov

2

7,90

11

Rasim Məmmədov

2

7,90

13

Vüsal Əliyev

5

7,86

14

Hacıəli Agayev

2

7,70

0