Diniyev milli komandaya çağırıldı
13.04.2009 - 16:33
Diniyev milli komandaya çağırıldı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 17 yaşadək futbolçulardan ibarət yığmamızın aprelin 21-dən 24-ə qədər keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək oyunçuların adları məlum olub.

Komandanın baş məşqçisi Bernard Lippert Bakı şəhərində baş tutacaq hazırlıqlara 25 futbolçunu cəlb edib. Rusiyanın Premyer Liqa klubu “”Terek”in gənclərdən ibarət komandasının üzvü Kərim Diniyev də almaniyalıdan dəvət alıb. Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin oğlu olan 16 yaşlı istedad artıq Çeçenistan təmsilçisinin heyətində debüt də edə bilib. Onunla yanaşı, Elşən Abdullayev, Hacı Əhmədov, Rəhman Hacıyev, Tural Qürbətov, Slavik Alxasov, Fuad Əsədov, Emil Balayev, Mehdi Mehdiyev, Aleksandr Qross, Nurlan Novruzov, Ruslan Tağızadə, Kazım Kazımlı, Tural Məmmədli, Orxan Sadıqlı, Nurlan Qurbanov, Vasif Rzayev, Ayxan Əsədov, Natiq Əliyev, Ülvi Quliyev, Ruslan İsgəndərov, Elvin Hacıyev, Akif Tağıyev, Abdulla Abotsıyev, Rahid Talıbov da toplanışa qatılacaq.
0