“Qalatasaray” “Kocaelispor”un müdafiəçisini alır
01.05.2009 - 11:18
“Qalatasaray” “Kocaelispor”un müdafiəçisini alır
Mövsümlərarası fasilədə heyətini gücləndirməyə qərar verən Türkiyənin “Qalatasaray” klubu “Kocaelispor”un müdafiəçisini heyətini qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”un baş məşqçisi Bülənt Korkmaz arxa xəttin məhz Superliqanın autsayderlərindən birinin futbolçusu ilə gücləndirmək haqda klub rəhbərliyinə məlumat verib.

Bu səbəbdən də “Qalatasaray” sol cinah müdafiəçisi Ergün Teberin transferini həll etməkdə israrlıdır. Azərbaycanlı futbolçular Rəşad Sadıqov və Ramal Hüseynovla bir komandada çıxış edən 24 yaşlı müdafiəçi Korkmazın yetişdirdiyi oyunçulardan sayılır. “Kocaelispor”un müdafiə xəttində Rəşadla çiyin-çiyinə oynayan Teber “Qalatasaray”dan hələ təklif almadığını, bu xəbəri dolayısı ilə eşitdiyini bildirib.

Qeyd edək ki, “Kocaelispor” Superliqada növbəti oyununu mayın 3-də səfərdə “Konyaspor”a qarşı keçirəcək.
0