“Fənərbaxça”da “donuz qripi” şoku
06.11.2009 - 14:33
“Fənərbaxça”da “donuz qripi” şoku
“Donuz qripi” İstanbulun “Fənərbaxça” klubunun rəhbərliyini şoka salıb. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”in 3 üzvü A/H1N1 virusuna yoluxub. Öncə “Fənərbaxça”nın qadın basketbol komandasından Birsel Vardarlı, ardından kişi kollektivindən Emir Preldziç və klubun rəsmisi Cem Lakayda “donuz qripi” aşkarlanıb.

Hazırda xüsusilə Preldziçin vəziyyəti yaxşı deyil. “Fənərbaxça Ülkər”in sloveniyalı basketbolçusu iki gün əvvəl avrokuboklarda Xorvatiya “Sibona”nasına qarşı forma geyinib. 17 dəqiqə 50 saniyə meydanda olmasına baxmayaraq, Emir bir xal belə qazana bilməyib. Halsızlıqdan şikayət edən legioner oyunun ertəsi günü həkim müayinəsindən keçib və ona “donuz qripi” diaqnozu qoyulub.

Bundan sonra “Fənərbaxça” rəhbərliyi hərəkətə gəlib. Rəsmilər A/H1N1 virusunun komandaya necə “ayaq açdığını” müəyyənləşdirməyə çalışırlar. Klubun yarışlara hazırlaşdığı baza dezinfeksiya olunacaq. Həmçinin, heyət üzvlərinin də təkrar-təkrar testdən keçirilməsi planlaşdırılır.
0