“Neftçi”nin iki futbolçusu “Styaua”nın düşərgəsində - FOTO
19.01.2010 - 14:43
“Neftçi”nin iki futbolçusu “Styaua”nın düşərgəsində - FOTO
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının “Neftçi” klubunun iki futbolçusu Rumıniya “Styaua”sının düşərgəsinə gedib.

Apasport.az saytının məlumatına görə, bakılıların rumıniyalı futbolçuları Adrian Neaqa və Marian Aliuta hazırlıq keçmək üçün Antalyaya gələn Buxarest təmsilçisinin məşq keçdiyi bazaya baş çəkiblər. Uzun illər “Styaua”da çıxış edən və məhz bu komandada məşhurlaşan Neaqa sabiq komandasında isti qarşılanıb. 2001-2005 və 2007-2009-cu illərdə Buxarest təmsilçisində top qovan və elə oradan da “Neftçi”yə transfer olunan Adrian kimi, Marian da sabiq komandasının məşqini həvəslə izləyib.

Qeyd edək ki, Neaqa və Aliuta 2009-cu ilin yanvarında “Neftçi”yə transfer olunub.
0