Berti Foqts milli komandanı Almaniyaya aparır
26.04.2010 - 12:11
Berti Foqts milli komandanı Almaniyaya aparır
Berti Foqts Azərbaycan yığmasını yenidən vətəninə aparacaq. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, mayın 23-dək iyunun 2-dək Avstriyada təlim-məşq toplanışında olacaq yığmamız oradan Almaniyaya yollanacaq. Buna komanda üzvlərinin tibbi müayinədən keçməsi səbəb olacaq. Frankfurt şəhərinə gedəcək futbolçularımız iyunun 3-dən 5-dək alman həkimlər tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, mayın 19-dan 22-dək Bakıda məşq edəcək komandamız Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcək. Yığmamız mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə üz-üzə gələcək.
0