Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komanda bəlli oldu
04.05.2010 - 21:51
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komanda bəlli oldu
Azərbaycan çempionu “Rabitə” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, bu barədə ölkə çempionatının yekunlarına həsr edilmiş tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov məlumat verib: “Noyabrda start götürən çempionat az öncə başa çatdı. Gərgin mübarizədən sonra “Rabitə” çempion adını qazandı. Onlar növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaqlar”.

Qeyd edək ki, Azərbaycan çempionu bu il CEV kubokunda yarışıb və bürünc medal qazanıb.
0