Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi ilə bağlı qərar verildi
17.04.2014 - 11:00
Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi ilə bağlı qərar verildi

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Zlatan Vanev ölkəmizdə işini davam etdirəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, yığmamızın 18 üzvünün dopinq-testdən keçə bilməməyi və üstəlik, federasiyanın 500 min avro cərimə olunması bolqarıstanlı mütəxəssisin fəaliyyətinə təsir etməyib.

 

Qeyd edək ki, dopinq qalmaqalından sonra yalnız federasiyanın icraçı-direktoru İsgəndər Əsgərov istefa verərək, vəzifəsindən ayrılıb. 

0