“Nə deyə bilərəm?”
20.04.2014 - 17:12
“Nə deyə bilərəm?”

“Nə deyə bilərəm?” “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç “İnter”dən ağır məğlubiyyəti şərh edib. Apasport.az saytının məlumatına görə, Pantiç deməyə sözünün olmadığını bildirib: “Bu cür məğlubiyyətdən sonra nə deyə bilərəm? Mənə “İnter”i təbrik etmək qalır, yaxşı oyun göstərib ədalətli qələbə qazandılar. Yetirmələrim üçün 0-4 ağır məğlubiyyət ola bilər, mənim üçün isə 0-1 də məğlubiyyətdir. Bəzi oyunçular artıqlaması ilə özünü oyuna verdi, meydançada sona kimi mübarizə apardılar. 7-8 aydır ki, buradayam, hamıya hər şey aydındır. Futbola aid olmayan bəzi hallar var, futbolçularım bunu pis keçirir”.

0