Rayan Feneç: Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq
21.07.2014 - 18:18
Rayan Feneç: Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq

“İlk oyundakı nəticə bizim üçün yaxşı deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Maltanın “Valletta” klubunun futbolçusu Rayan Feneç deyib.

 

Komandasının kapitanı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la Bakıdakı cavab oyunu öncəsi keçirilən mətbuat konfransında çıxış edib. Rayan ilk oyundakı 0:1 hesablı məğlubiyyətdən sonra işlərinin çətin olduğunu bildirib: “Bizdə yaxşı legionerlər, təcrübəli futbolçular var. Əlimizdən gələni edəcəyik ki, bu fürsətdən yaxşı yararlanıb növbəti mərhələyə çıxaq”.

0