“Neftçi” – “İnter” oyununun hakimləri açıqlandı
23.10.2014 - 11:16
“Neftçi” – “İnter” oyununun hakimləri açıqlandı

Topaz Premyer Liqasında IX turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “İnter” arasında turun mərkəzi oyunu təcrübəli Fariz Yusifova tapşırılıb.

 

“Qarabağ”la “Xəzər Lənkəran” arasında digər maraqlı oyunu isə Ramil Diniyev idarə edəcək. FİFA referisi Əliyar Ağayev isə “Simurq” – “Araz Naxçıvan” matçında fit çalacaq. Digər beynəlxalq dərəcəli hakim Rəhim Həsənov bu tur 4-cü ədalət təmsilçisi kimi meydana çıxacaq.

 

24 oktyabr (cümə)

 

17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Rəvan Həmzəzadə, Ömər Paşayev 
Qəbələ şəhər stadionu

 

25 oktyabr (şənbə)

 

17:00. AZAL – “Bakı”
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rahil Ramazanov, Rəhim Həsənov 
“AZAL Arena”

 

18:00. “Simurq” – “Araz Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mahir Məmmədov 
Zaqatala şəhər stadionu

 

 

26 oktyabr (bazar)

 

16:00. “Neftçi” – “İnter”
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Azər Əsgərov, Teymur Fərhadov 
"Bakcell Arena"

 

18:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Xəlil Hüseynli
Tofiq Bəhramov adına Respublika stadionu

 

Mənbə: pfl.az

0