[b]“İnter”i turnirdan uzaqlaşdıran komandanın çalışdırıcısı öldü - FOTO[/b]
30.10.2014 - 00:00
[b]“İnter”i turnirdan uzaqlaşdıran komandanın çalışdırıcısı öldü - FOTO[/b]

İsveç millisinin sabiq hücumçusu Klas İnqesson 46 yaşında dünyasını dəyişib. Apasport.az-ın xəbərinə görə, bu barədə keçmiş futbolçunun 2013-2014 mövsümündə çalışdırdığı “Elfsborq” klubunun rəsmi saytı məlumat yayıb.

 

İnqessonun ölüm səbəbi isə onun 5 ildir ki, əziyyət çəkdiyi xərçəng xəstəliyi olub.

 

Qeyd edək ki, Klas futbolçu karyerasına 1986-1990 mövsümündə formasını geyindiyi “Göteborq” klubunda başlayıb. O, daha sonra Belçika “Mexelen”i, (1990-1993), Hollandiya PSV-si (1993-1994), İngiltərə “Şeffild Uensdey”i (1994-1996), İtaliya “Bari”si (1996-1998), “Bolonya”sı (1998-2000) və “Leççe”si (2001), Fransa “Marseli” (2000-2001) kimi məşhur komandaların heyətində çıxış edib. İnqesson 1989-1998-ci illər arasında İsveç yığmasının şərəfini qoruyub. O, 57 matçda meydana çıxıb və rəqib qapılarından 13 top keçirməyi bacarıb.

 

Xatırladaq ki, “Elfsborq” bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşıb. Ölkəmizdə keçən oyunda “bankirlər” 1:0 hesabı ilə rəqibini məğlub etmişdilər. İsveçdə isə meydan sahibləri eyni hesabla qələbəyə sevindiyindən, qalibin adına penaltilər seriyasında aydınlıq gəlinib. 11 petrlik cərməz zərbəsini daha dəqiq yerinə yetirən “Elfsborq” (4:3) növbəti mərhələyə adlamışdı. “İnter”in uduzub, turnirlə vidalaşdığı görüşdə isə isveçlilərin “sükanı arxasın”da Klas İnqesson olmuşdu.

0