Millidə serb məşqçi
26.11.2014 - 09:45
Millidə serb məşqçi

Serbiya millisinin baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Dik Advokaatın istefasından sonra yığmanı müvəqqəti Radovan Çurçiçə həvalə edən balkanlılar elə onu da bu postda saxlamağa qərar verib.

 

42 yaşlı mütəxəssis 4 ildi millidə çalışır. Əsas yığmada köməkçi (2010-11), iki dəfə baş məşqçi əvəzi (2011-12 və 2014), U-21-in çalışdırıcısı (2013-14) olan Çurçiç millilərədək “Yavor” və “Borats”a rəhbərlik edib.

 

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində I qrupunda çıxış edən serbiyalılar 3 oyundan sonra 1 xalla 4-cü pillədə qərarlaşıb.

0