[b]Cihan Özkara baş məşqçisiz qaldı[/b]
21.12.2014 - 14:35
[b]Cihan Özkara baş məşqçisiz qaldı[/b]

Millimizin üzvü Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” başsız qalıb. Apasport.az saytının məlumatına görə, Türkiyə klubu baş məşqçisi Roberto Karlosla yollarını ayırıb.

 

Daha əvvəl də istefa verən braziliyalı mütəxəssis dünən Superliqanın XIV turu çərçivəsində doğma publika önündə “Başakşəhər”ə 0:2 hesabı ilə məğlub olmasından sonra “sambaçı” yenidən belə bir qərar verib. Karlosun da iştirak edtdiyi klubun bu gün səhər keçirilən iclasında onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, 2013-cü ildə "Sivasspor"un “sükanı arxası”na keçən Karlos ötən mövsümü 53 xalla 5-ci pillədə başa vurmuşdu. Hazırda isə “qırmızı-ağlar”ın aktivində 10 xal var və turnir cədvəlinin 17-ci yerində qərarlaşır.  

0