[b]Sənan Qurbanov: Kamran Ağayev buna reaksiya verməməli idi[/b]
21.12.2014 - 17:30
[b]Sənan Qurbanov: Kamran Ağayev buna reaksiya verməməli idi[/b]

“Oyuna yaxşı köklənmişdik. Futbolçular matç saatını gözləyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin məşqçisi Sənan Qurbanova məxsusdu.

 

Gıənc çalışdırıcı Topaz Premyer Liqasının XVIII turu çərçivəsində doğma publika önündə “İnter”lə bərabərə (1:1) qalmalarından danışıb: “Futbolçulara təşəkkür edirəm. Meydançada canlarını qoydular. Düşünürəm ki, fasilədən sonra “Qəbələ” daha yaxşı futbol sərgiləyəcək. Ümumi götürsək, komandamız 3 xala layiq oynadı. Lakin bir qədər şanssızlıq oldu. Azarkeşlərlə Kamran Ağayev arasında insident oldu. Bunu pisləyirəm. Azarkeş oyunçunu təhqir etməməlidi. Eyni zamanda, qapıçı da buna reaksiya verməməli idi. Amma emosiyalarını saxlaya bilmədi. Futbolda belə halları pisləyirəm. Bundan öncə problemləri meydana çıxanda Kamrana dəstək olduq. Millinin qapıçısı həmişə yaxşı futbol oynayıb. Futbolçunu itirmək asandı, onu qazanmaq lazımdı. Biz də məsələyə bu prizmadan yanaşdıq”.(pfl)

0