Təmsilçimiz Yunanıstanda keçirilən yarışa liderlik edir
29.04.2024 - 11:14
Təmsilçimiz Yunanıstanda keçirilən yarışa liderlik edir

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 9-cu turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, hesabat turunda yarışın lideri Ülviyyə Fətəliyeva Rumıniya şahmatçısı İrina Bulmaqla heç-heçə oynayıb.

Günay Məmmədzadə Yuliya Osmak (Ukrayna), Səbinə İbrahimova Mitra Hecazipur (Fransa), Ləman Hacıyeva Marta Dakiçi (Serbiya), Ayan Allahverdiyeva isə Mariya-Anna Stefanidi (Yunanıstan) məğlub edib. Təmsilçilərimizdən Xanım Balayeva, Gövhər Beydullayeva, Nərmin Abdinova 9-cu turu bərabərliklə başa vurub, Gülnar Məmmədova isə məğlub olub.

Bu gün Avropa çempionatında son turun partiyaları oynanılacaq. 9 turdan sonra aktivində 8 xalı olan şahmatçımız Ülviyyə Fətəliyeva turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisini 1 xal qabaqlayan Ü.Fətəliyevaya karyerasında ilk dəfə Avropa çempionu olmaq üçün yarım xal qazanmaq kifayət edəcək. Şahmatçılarımızdan Günay Məmmədzadə və Xanım Balacayeva müvafiq olaraq 5 və 9-cu yerlərdə qərarlaşıb. Son turun nəticələrindən asılı olaraq hər ikisi mükafatçılar sırasında yer ala bilər.

0