Darko Zakoç: Hər şey meydanda həll olunacaq
28.11.2011 - 18:18
Darko Zakoç: Hər şey meydanda həll olunacaq
“Bizim Çempionlar Liqasında və belə bir qrupda mübarizə aparmağımız artıq Rumıniya voleybolu üçün əla nəticədir. Ancaq mənim komandam bununla kifayətlənməyərək bu kompaniyada çox böyük ambisiyalara malikdir”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Tomis” klubunun baş məşqçisi Darko Zakoç deyib.

O, sabah keçiriləcək “Tomis” – “Azərreyl” (Azərbaycan) matçından öncə baş tutan mətbuat konfransında iddialı danışıb. Zakoçun fikrincə, bu oyunda klubun adı və maliyyə imkanı əsas rol oynamır: “İddiamız böyük olsa da, qrup mərhələsində güclü rəqiblərlə qarşılaşacağıq. Mən belə fikirləşmirəm ki, matçın nəticəsi klubun adından və büdcəsindən asılı olacaq. Hər şey meydanda həll olunacaq və biz sona kimi oynayıb mübarizədən qalib ayrılmağa çalışacağıq”.

Qeyd edək ki, “Azərreyl”in yer aldığı D qrupunda “Tomis”lə yanaşı, “Foppapedretti” və “Vakıfbank TTelekom” qüvvəsini sınayacaq.
0