Maldiv adaları, Beliz və Azərbaycan yığması
07.12.2011 - 12:51
Maldiv adaları, Beliz və Azərbaycan yığması
Beynəlxalq Voleybol Federasiyası kişi voleybolçular arasında yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Dünya Kubokunun yekununa əsasən açıqlanan siyahıda Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb.

Son vaxtlar beynəlxalq arena üzünə həsrət Sabir Əliyevin yetirmələri yenə də 6 xalla Maldiv adaları, Kayman adaları, Aruba adaları, Samoa adaları, Sent Kitts, Dominika adaları, Anguilla adaları, Sent Vinset və Qrenadin, Qrenada, Beliz, Macarıstan və Böyük Britaniya ilə 91-103-cü yerləri bölüşürlər.

Reytinq cədvəlinin ilk “üçlüyü” də dəyişməz qalıb. Braziliya (300), Rusiya (270) və İtaliya (226) əvvəlki kimi bütün rəqiblərinə üstdən aşağı baxırlar.

Qeyd edək ki, noyabrda açıqlanan qadın voleybolçular arasında reytinq cədvəlində də millimiz öz yerində saymışdı. Aktivində 18 xalı olan Faiq Qaraeyvin yetirmələri Tunislə 35-36-cı yerləri bölüşürlər.