Madrid “Real”ından Azərbaycan yığmasına!
08.12.2011 - 00:02
Madrid “Real”ından Azərbaycan yığmasına!
Azərbaycan Basketbol Federasiyası (ABF) milli komandanın heyətini gücləndirməyə çalışır. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının püşkatmasından sonra ölkə xaricində oynayan bir neçə basketbolçu ilə rəsmi danışıqlara başlanılıb.

Rəhbərlik bu işi ABF-nin baş meneceri Levent Türknasa həvalə edib. Artıq əməli işə keçən Türknaz Madrid “Real”ının şərəfini qoruyan Ceyse Karollu yığmamızda oynamağa razı salıb.

O, apasport.az saytına bildirib ki, həmin basketbolçu ilə yaxın günlərdə görüşəcək: “Onun milli komandaya xeyir verəcəyini düşünürəm. Avroliqada böyük təcrübəsi olan idmançının 28 yaşı var. Onunla İstanbulda keçiriləcək “Efes Pilsen” – “Real” matçında görüşəcəyik. Demək olar bütün məsələlər həllini tapıb. Axtarışlarımız davam edir. Çünki Avropa çempionatında uğurlu çıxış etmək istəyirik. Odur ki, heyətimizi səviyyəli idmançılarla gücləndirməliyik”.

Qeyd edək ki, Azərbaycan qitə çempionatının B qrupunda Bolqarıstan, Almaniya, İsveç və Lüksemburqla eyni qrupda mübarizə aparacaq.