Polina Rəhimova: Mənim üçün rəqibin fərqi yoxdur
14.12.2011 - 20:02
Polina Rəhimova: Mənim üçün rəqibin fərqi yoxdur
Çempionlar Liqasının III turunda “Azərreyl” (Azərbaycan) – “Vakıfbank TTelekom” (Türkiyə) görüşündə ən çox xal qazanan voleybolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, liderlərin duelinin qəhrəmanı yenə də Polina Rəhimova seçilib.

Yığmamızın da şərəfini qoruyan hücumçu Çempionlar Liqasının son qalibindən 18 xal alıb.

Bakı təmsilçisinin digər üzvlərindən Oksana Kovalçuk və Paulino De Souza Pereyra hərəyə 10, Hizer Erin Brun 8, Sara Anzanello 6, Oksana Parxomenko 5 və Jennifer Tamas 1 xal toplayıblar.

Rəqibin heyətində isə polşalı Marqorzata Qlinka daha sərrast olub. Onun 16 zərbəsi “Vakıfbank TTelekom”un xeyrinə işləyib.

Qeyd edək ki, Rəhimova bundan öncə “Tomis” və “Foppapedretti” ilə oyunların da bombardiri seçilmişdi.