Montano: “Rabitə” döyüşə hazırdı - MÜSAHİBƏ
15.10.2012 - 15:21
“Rabitə” klubunun kolumbiyalı voleybolçusu Madeleyne Montanonun apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Komandanız dünya çempionatında ilk oyun öncəsi son məşqini keçirdi. Siz də daxil olmaqla, yeni transferlər arasında uyğunlaşma baxımından çətinliyin arxada qaldığını söyləmək olarmı?
- Hesab edirəm ki, artıq biz tam hazır vəziyyətdəyik. Çünki gərgin məşqlərin nəticəsi olaraq, hər şey qaydasına düşüb. Artıq hər kəs hansı işi görəcəyini bilir və uyğunlaşma baxımından əsas problemi arxada qoyub. Bunun üçün öz mövqeyimizdə möhkəmlənmişik və oyuna çıxıb hansı taktika ilə necə oynayacağımızı yaxşı bilirik. Buna hamımız əminik.
- "Rabitə" bir gün öncə qrup mərhələsindəki rəqibləri - "Sollis Nestle" - "Bohay Bank" matçını canlı izləyib. Bu klubların gücünü necə qiymətləndirərdiz?
- Deməzdim ki, bu matç o qədər gərgin keçib. Çünki braziliyalılar tam güclərini nümayiş etdirmədilər. Sakit bir vəziyyətdə oyun apardılar. Bir sözlə, görüş onlar üçün çox asan alındı. Amma "Sollis Nestle"nin bizimlə qarşılaşması daha gərgin və mübariz əhval-ruhiyyədə keçəcək. Yəni komandamızla matçda tam ayrı taktika seçəcəklər. İnanıram ki, sonda hər şey bizim xeyrimizə olacaq.
- Sizcə, bu gün "Sollis Nestle"ni nəyin hesabına məğlub etmək olar?
- Düşünürəm ki, blokumuz normaldır. Onların hücumlarının qarşısını inamla ala bilərik. Bundan əlavə, topu oyuna daxil etmədə də onları üstələyəcəyik. Buna inanıram.
- Bakıdakı azarkeşləriniz sizdən qələbə gözləyir. Dohadan onlara qələbə söz verirsizmi?
- Nəticəni söz verə bilmərəm. Sadəcə, çalışacağıq ki, ən yaxşısını edək. Məsələn, mən ən yaxşı oyunumu göstərəcəyimə öz tərəfimdən söz verə bilərəm. Bu isə bir nəfərdən asılı deyil. Ümumilikdə, hər birimiz yaxşı oynamalıyıq ki, ən yaxşı nəticəni göstərək. Heç kim 100 faizli oyun nümayiş etdirə bilməz. Buna əvvəlcədən söz vermək çox çətindir. Amma komanda kimi yaxşı oynamağa çalışacağıq. Azarkeşlərimiz də bizi izləsinlər və onları qələbələrimizlə sevindirəcəyik.
Tahir HÜMMƏTOV
DOHADAN

0
0