Foluke Akinradevo: Bizi sanki sınağa çəkdilər
17.10.2012 - 09:00
"Rabitə"nin amerikalı voleybolçusu Foluke Akinradevonun apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına müsahibəsi
- "Bohay Bank"a 3:1 hesabı ilə qalib gəlsəz də, bu, heç də asan olmadı...
- Rəqib həddən artıq güclü klub idi. Matçdan öncə də bilirdik ki, bizi çətin sınaq gözləyir. Bu, sizə o qədər də asan gəlməsin. Onlar sanki bizi sınağa çəkdilər. Çünki matçın ortasında oyunumuz alınmadı və bundan yararlandılar. Hətta set fərqini azaltdılar - 2:1. Lakin bundan sonra təşəbbüsü ələ alaraq, qalib gələ bildik.
- Əsasən rəqibin öz səhvləri nəticəsində onları məğlub etdiz. "Rabitə" də çoxlu səhvlər buraxırdı. Bu hal növbəti oyunlarda da təkrarlanarsa qələbə qazanmaq çətin olmayacaq?
- Əsas odur ki, onları səhv etməyə biz məcbur edirdik. Yəni gücümüz qarşısında aciz qalırdılar. Matçın sonlarına yaxın isə çinliləri daha çox səhv etməyə məcbur etdik və bunun sayəsində də qalib gələrək, mərhələ adladıq.
- Yəqin razılaşarsız ki, "Sollis Nestle"yə qarşı meydanda az olan Sanya Staroviç bu qələbədə böyük pay sahibi oldu. Sizcə, o, ilk matçda oynasaydı, nəticə başqa cür ola bilərdimi?
- Bəli, onun oyunu yaxşı alındı. Amma komandamızda bütün voleybolçular güclüdür və Marçello Abbondanza istədiyi zaman hər birimizi dəyişə bilər. Fikrimcə, bu amilin matça heç bir ciddi təsiri yoxdur.
- Yarımfinalda rəqibiniz bu gün bilinəcək. Nəzəri cəhətdən hər 3 komanda ilə qarşılaşmaq ehtimalınız olsa da, çox güman qismətinizə "Fənərbaxça" düşəcək...
- Türkiyə təmsilçisi güclü komandadır. Biz də hər oyundan-oyuna demək olar ki, daha yaxşı çıxış edirik. Amma əsas məqsədimiz qalib gəlmək olacaq. Buna hər birimiz çalışacağıq.
- İstanbul klubu ötən mövsüm "Rabitə"ni Çempionlar Liqasının "Dördlər finalı"nın bir addımlığında məğlub edib. Sizcə, revanş almaq üçün yaxşı fürsət deyil?
- Komandamızın heyəti kifayət qədər yenidir. Oyunçularımızın əksəriyyəti bu mövsüm "Rabitə"yə gəliblər. Düzdür, onlarda da dəyişiklik var. Deyərdim ki, gərgin mübarizə gedəcək. Revanş almaq üçün isə bütün gücümüzlə çalışacağıq.
Tahir HÜMMƏTOV
DOHADAN

0
0