“Fənərbaxça”dan darmadağın
17.10.2012 - 23:30
Qadın voleybolçular arasında klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, final uğrunda mübarizə aparacaq 4 komanda "Fənərbaxça" (Türkiyə) - “Kenya Prisons” (Keniya) matçından sonra bilinib.
Belə ki, türklər rəqiblərinə 3:0 (25:14, 25:17, 25:11) hesabı ilə qalib gələrək qrupda birinci yeri tutublar. Keniyalılar isə sonuncu olaraq, yarışla vidalaşıblar.
Nəticədə yarımfinalda "Fənərbaxça" digər qrupda ikinci yeri tutan "Rabitə" ilə oynayacaq. Braziliya "Sollis Nestle"si isə Puerto-Rika “Lançeras de Katano”u ilə qarşılaşacaq.
Qeyd edək ki, hər 2 matç bu gün baş tutacaq.

0
0