A seriyasından Azərbaycana!
18.10.2012 - 10:13
Super Liqanın debütantı “Telekom” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Bolqarıstan millisinin voleybolçusu Xristina Ruseva ilə güclənib.
21 yaşlı 1-ci zona oyunçusu ilə müqavilənin müddəti açıqlanmasa da, onun bu gün çempionatın ilk turunda oynayacağı gözlənilir. 190 sm boya malik Ruseva "Telekom"a İtaliya "Foppapedretti"sindən transfer olunub. O, A Seriyasından öncə isə Sofiya MOİK-in şərəfini qoruyub.
2 dəfə Bolqarıstan çempionu (2010, 2011) və 1 dəfə ölkə kubokunun sahibi (2011) olan Xristina son mövsümdə Berqamo təmsilçisi ilə də mükafat qazanıb. O, İtaliya kubokunun qalibi adına layiq görülüb.
2010-cu ildən millisinin şərəfini qoruyan "Telekom"un yeni transferi yığma karyerasında 2 dəfə Avropa Liqasının (2010, 2012) gümüş və 1 dəfə bürünc (2011) medalına yiyələnib.
Qeyd edək ki, Ruseva Bolqarıstan millisində son titulunu "Rabitə"nin baş məşqçisi Marçello Abbondanzanın rəhbərliyi altında qazanıb.

0
0